"Google", uzun müddətdir ki, bitcoin'ə tətbiq etdiyi qadağanı aradan qaldırıb.
"Kommersant.az" dünya mediasına istinadən xəbər verir ki, "Google", kriptovalyuta bazarını maraqlandıracaq bir qərar qəbul edib. Belə ki, təxminən bir ildir davam edən bitcoin qadağası ləğv edilib. Şirkətin yaydığı açıqlamaya görə, "Google", bitcoin ilə bağlı reklamlara tətbiq etdiyi yasağı dayandırıb.
"Google"ın bitcoin'ə uyğuladığı bu əngəl, bitcoin’in gözlənilməz şəkildə bahalaşmasından sonra yaranan yüksək profilli saxtakarlıq cəhdlərinə baryer məqsədi daşıyırdı.