USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Telefonla bankomatdan pul çıxara biləcəksiniz

17.10.2018 İqtisadiyyat
0 0
Rusiyalılar bankomatdan pulu mobil telefon vasitəsilə çıxara biləcək.

"Kommersant.az" xəbər verir ki, 40-dan artıq kredit təşkilatı bankomatları "Apple Pay", "Samsung Pay" və "Android Pay"lə təchiz edəcək. Xidmət haqqını ödəmək yaxud bankomatdan pul çıxarmaq istəyən müştərilərin öz smartfonlarını "NFC-rider"lə işləyən terminala yaxınlaşdırması yetərlidir.

Ekspertlərin fikrincə, kontaktsız bankomatların istifadəsi vaxt itkisinin qarşısını alacaq. Hazırda Rusiyanın 203 min terminalından yalnız 782-də sözügedən ödəmə növü aktivdir.