USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yuan təslim oldu

19.10.2018 İqtisadiyyat
0 0
Çinin ÜDM artımı, ABŞ-la ticarət müharibəsi fonunda zəifləyib.

"Kommersant.az" xəbər verir ki, bu ilin üçüncü kvartalının nəticələrinə əsasən, Çinin ÜDM artımı 6,5%-dək ləngiyib. Birinci rübdə müvafiq göstərici 6,8%, ikinci kvartalda isə 6,7% təşkil edib. Ötən ilin üçüncü kvartalının yekunlarına əsasən isə Çinin ÜDM artımı 6,9% olub.

Qeyd edək ki, bu ilin yazından etibarən ABŞ-la Çin arasında münasibətlər kəskinləşib. Apreldən isə ABŞ Çinə ticarət qadağaları tətbiq etməyə başlayıb. Rəsmi Vaşinqton eyni zamanda Çin Mərkəzi Hərbi Şurasının hərbi təlim və təchizat şöbəsinə və şöbənin rəhbəri Li Şanfuya qarşı sanksiyalar tətbiq edib. Buna səbəb kimi "Rosoboroneksport"la əməkdaşlıq çərçivəsində "Su-35" və "S-400" zenit-raket sisteminin alınması göstərilir.

ABŞ hakim dairələrinin fikrincə, ticarət disbalansından Çin 500 milyard dollar qazanıb.