"Kommersant.az" xəbər verir ki, şirkətin gəlirləri 56,6 milyard ABŞ dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% çoxdur. Həmin vaxt "Amazon"un gəlirləri 43,7 milyard dollar təşkil etmişdi.
Şirkətin mənfəəti 2,9 milyard dollara, yaxud hər səhmə görə 5,75 dollara çatıb. 2017-ci ilin 3-cü kvartalında isə "Amazon"un mənfəəti hər səhmə görə 0,52 dollar, yaxud 256 milyon dollar olub.
Proqnoza görə, 4-cü rübdə şirkətin gəlirləri 66,5-72,5 milyard dollara çata bilər. "Amazon"un mənfəəti isə 3,6 milyardadək arta bilər.
Qeyd edək ki, "Amazon", internet vasitəsilə xidmət və mal satan ən böyük şirkətlərdən hesab olunur. Şirkət 1994-cü ildə Cef Bezos tərəfindən yaradılıb. Cef Bezosun 138 milyard dollarlıq sərvəti var.