"Kommersant.az" xəbər verir ki, Yunanıstanda işsizlik dərəcəsi hər ay azalır. Belə ki, Yunanıstanın Statistika Komitəsindən verilən məlumata görə, ölkədə mövsümi təsirlərin xaricində hesablanmış işsizlik dərəcəsi 18,9% aşağı düşüb.
Bu isə Yunanıstanın tarixində 2011 – ci ildən etibarən ilk dəfə müşahidə olunan haldır. Hazırda ölkədə işsizlərin sayı 896 min nəfərdir. Yaş aralığına nəzər saldıqda isə 15 – 24 yaş aralığında olan gənclər statistikanın əsas hissəsini təşkil edir.