USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın Azərbaycana borcu açıqlandı

14.11.2018 İqtisadiyyat
0 0
Bu il oktyabrın 31-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana dövlət borcu əvvəlki aylarla müqayisədə dəyişməz olaraq qalıb.

"Kommersant.az" Azərtac-a istinadən xəbər verir ki, hazırda Gürcüstanın Azərbaycana 7 milyon 976 min ABŞ dolları həcmində borcu var.

Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 102 milyon 61 min dollar təşkil edir. Bu məbləğin 4 milyard 977 milyon 670 min dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu Almaniyayadır - 273 milyon 183 min dollar. Siyahıda ikinci yerdə 209 milyon 362 min dollarla Yaponiya, üçüncü yerdə isə 189 milyon 168 min dollarla Fransa gəlir.

Qonşu ölkənin Türkiyəyə 15 milyon 297 min, Rusiyaya isə 63 milyon 567 min dollar borcu var.

  • Əvvəlki

    Azərbaycanda siqaret bahalaşacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0