"Kommersant.az" xəbər verir ki, Cenevrədə keçirilən hərracda "The Pink Legacy" adlı göstərişli üzük rekord qiymətə sahibinə qovuşub. Verilən məlumata görə, üzüyü ABŞ-ın "Harry Winston" adlı daş-qaş şirkəti alıb.
Üzüyün satışı isə 75 milyon manata həyata keçirilib. Hərracdan sonra "Christie’s" muzey rəhbəri François Curiel üzüyün qaşının karatına görə dünyadakı ən bahalı üzük olduğunu açıqlayıb.