USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramin Quluzadə Xızı şəhərində vətəndaşlarla görüşəcək

15.01.2019 İqtisadiyyat
0 0
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 18-də saat 11:30-da Xızı şəhərində Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Kommersant.az"a verilən məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Xızı rayonunda 023 3150100

Abşeron rayonunda 012 3423300

Qubadlı rayonu üzrə 018 6483392

Zəngilan rayonu üzrə 012 4326166

Şuşa rayonu üzrə 012 4584686

Sumqayıt şəhərində 018 6423500

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

  • Əvvəlki

    Kameraları aldatmaq istəyən sürücüləri nə gözləyir? - AÇIQLAMA

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0