USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Instagram”da yeni funksiya sınaqdan keçirilir – VAXTA NƏZRƏT

17.05.2018 İqtisadiyyat
0 0
“Instagram”da istifadəçinin sosial şəbəkədə keçirdiyi vaxta nəzarət etməyə imkan verən yeni funksiyasını sınaqdan keçirir.

"Kommerant.Az"ın məlumatına görə, nəzəriyyədə yeni funksiya boş vaxtlarını daha mənalı keçirməyə kömək edə biləcək.
Məqalənin müəllifləri yeni funksiyaya diqqəti "Android" əməliyyat sistemindəki tətbiqin APK-faylına çəkiblər. Bu fayl "Usage Insights" adlanır.
Bu mexanizm sayəsində sosial şəbəkədə keçirilən vaxtın dəqiq zamanını və statistikasını əldə etmək mümkündür. Şirkətin rəhbəri Kevin Sistrom təsdiqləyib ki, mühəndislər həqiqətən də belə bir funksiyanı sınaqdan keçirirlər. Onun sözlərinə görə, sosial şəbəkədə vaxtın necə keçirildiyini anlamaq insanlar üçün vacibdir. "Bu, bütün şirkətlərin məsuliyyətidir. Mən bu məsuliyyətə çox ciddi yanaşıram", - deyə o, özünün "Twitter" mikrobloqunda yazıb.

  • Əvvəlki

    Əlillik təyinatları araşdırılacaq - SƏRT XƏBƏRDARLIQ

Digər xəbərlər