USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Instagram” şəbəkəsinin fəaliyyətində problemlər yaranıb

15.02.2019 İqtisadiyyat
0 0
“Instagram” sosial şəbəkəsinin dünya üzrə istifadəçiləri servisin işində problemlərin yaranması ilə üzləşiblər. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir.

"Kommersant.az" xəbər verir ki, portalın məlumatına görə, servisin fəaliyyətində texniki nasazlıqlar bir sıra Avropa, Şimali və Cənubi Amerika və Asiya ölkələrində müşahidə edilib.

Bildirilir ki, "Instagram" istifadəçilərinin 58 faizi məlumatlar lentində yeni bildirişlərin yüklənilməsində problemlərlə rastlaşıb, 22 faizi hesaba daxilolma ilə bağlı problemlərdən şikayətlənib, 18 faizi veb-sayt üzrə problemlərlə üzləşib.

Qeyd edək ki, "Instagram" sosial şəbəkəsi elementli fotoşəkil və videoyazıların mübadiləsi üçün pulsuz mobil əlavə olmaqla fotoşəkil və video çəkməyə, onlar üçün filtr tətbiq etməyə, eləcə də onları öz servisi və bir sıra digər sosial şəbəkələr vasitəsilə yaymağa imkan verir.

Fins

  • Əvvəlki

    Bu dövlət qurumu güllərin alınması üçün - 21 245 manat xərcləyib

Digər xəbərlər