USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda “Facebook”u donduranların sayı - ÇOXALIR

28.06.2018 İqtisadiyyat
0 0
Son zamanlar Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəallığı azalıb. Sosial şəbəkələrdən uzaqlaşanların, hesablarını donduranların sayında artım müşahidə edilir. Bu, xüsusilə “Facebook” platformasına aiddir.

Maraqlıdır, səbəblər nə ola bilər?

"Kommersant" xəbər verir ki, Sosial media mütəxəssisi Orxan Rzayev Modern.az saytına açıqlamasında deyib ki, ümumiyyətlə dünyada da, Azərbaycanda da sosial şəbəkələrdən istifadə artmaqda davam edir:

"Təqribi olaraq platformalardan platformalara fərqlər mövcuddur. Məsələn, son illərdə ABŞ-da "Snapchat" və "İnstagram"a xüsusi marağın yaranması gənclər arasında "Facebook"a olan marağı azaldıb. Belə ki, 18 və 25 yaşa qədər olan şəxslər arasında istifadə aktivliyi azalıb. Məsələn, keçən il "Facebook" təxminən 2 milyon istifadəçi itirib. Bu il də belə olacağı gözlənilir. Bu baxımdan 25 yaşa qədər olan istifadəçilərin "Facebook"u tərk etməsi ilə bağlı həyəcan təbili çalınır. Bu, gənc auditoriyaya aiddir. Onun əsas rəqibi kimi "İnstagram"ı və "Snapchat"ı göstərirlər".

O.Rzayev qeyd edib ki, Azərbaycanda son iki ildə "Facebook"la müqayisədə "İnstagram"dan istifadə edənlərin sayında artım müşahidə edilir:

"Digər tərəfdən bilirsiniz ki, ilin əvvəlində "Facebook" ətrafında qalmaqal yarandı. "Cambridge Analytica" şirkəti bu sosial şəbəkənin 80 milyon nəfər istifadəçisinin məlumatlarını icazəsiz əldə etmişdi. İnformasiyalar seçkidə iştirak edənlərin siyasi seçimlərini analiz etmək üçün alqoritm yaratmağa hesablanmışdı. Bu da siyasi reklamların istifadəçilərinə əlçatanlığı asanlaşdırmışdı. Ona görə də dünyada informasiya təhlükəsizliyi ilə bağlı "Facebook"a qarşı güvənsizlik artdı. Təbii ki, bu fakt insanlara mənfi təsir etdi".

Müsahibimizin sözlərinə görə, "Facebook" yerli auditoriyanın hansısa məlumatlarını fərd olaraq incələyə bilməz:

"Kiməsə nəsə yazmışam, bu "Facebook"un nəyinə lazımdır? Sadəcə olaraq məsələn, ölkədə son bir həftədə iki mövzu var və bunların hansının daha çox müzakirə olunduğu müəyyən edilir. Axtarış verib ölkə ərazisində neçə nəfərin bu sözdən istifadə etdiyi haqqında təhlillər edilib məlumat götürə bilərlər. İnformasiya oğurluğu deyəndə adətən bu nəzərdə tutulur. Yaxud konkret mövzu barədə nəsə tapa bilərlər. Amma ümumi olaraq "Facebook"un fərdi məlumatlarımıza ehtiyacı yoxdur. Yəni azərbaycanlı bir şəxs üçün hansısa informasiya təhlükəsizliyinin olacağı yaxud qalmaqal yaranacağı ehtimalı yoxdur. Bu baxımdan narahat olub "Facebook"dan çıxmağa dəyməz".

  • Əvvəlki

    Bu şəxslərin iyun ayı üzrə pensiyaları bu gün hesablarına köçürüləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0