USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Facebook təhlükəsizlik məqsədi ilə daha bir addım atdı

23.08.2018 İqtisadiyyat
0 0
“Cambridge Analytica” şirkəti ətrafında baş verən qalmaqaldan sonra mart ayından etibarən “Facebook” əməkdaşları istifadəçilərin şəxsi məlumatlarının saxlanmasına təhlükə yaranması səbəbindən sosial şəbəkədə 400-dən artıq əlavənin fəaliyyətini dayandırıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, araşdırmalar başlayandan etibarən min əlavə tədqiq olunub və istifadəçilərin təqdim etdikləri məlumatların əlavələrin yaradıcıları tərəfindən və ya hər hansı formada istifadə edilə bilməsi təhlükəsi səbəbindən 400-dən artıq əlavənin fəaliyyətini dayandırılıb.

Bundan başqa, "Facebook"da yeni qaydalar müəyyən edilib. Bu qaydalara əsasən, əgər istifadəçi 90 gün ərzində əlavəyə daxil olmursa, onun haqqında məlumat əldə etmək mümkün olmayacaq.


(c) Trend

  • Əvvəlki

    "Apple"nin rəhbəri şirkətin 280 min səhmini ala bilər

Digər xəbərlər