"RTA" şirkəti Dubayda pilotsuz "Mercedes-Benz" taksilərinin testini keçirib.
"Kommersant.az" xəbər verir ki, pilotsuz taksilərin ilk testi dünəndən etibarən başlayıb və 3 ay davam edəcək. Test zamanı sükan arxasında hələ ki, idarəni nəzarət altına almaq üçün sürücü oturur. Taksilər saatda 20 mil gedir və 4 sərnişin götürə bilir. Nəqliyyat vasitəsi kamera, sensorlar və "LiDAR" sistemi ilə təchiz olunub.
Qeyd edək ki, Rusiyada pilotsuz taksi testi "Yandex" şirkəti tərəfindən reallaşdırılıb. Avtomobilin sınağı Moskvadan Kazan istiqamətində olub.