USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ağıllı eynəklər" taksi sifariş edəcək

26.10.2018 İqtisadiyyat
0 0
"Amazon", "ağıllı eynəklər" təqdim edəcək.

"Kommersant.az" xəbər verir ki,"Amazon North" startapı bu ilin sonunda "Focals" adlı ağıllı eynək təqdim edəcək. Çeşmək, görünməz ekrana malik olacaq və "Alexa" adlı səs köməkçisi ilə təchiz olunacaq. Linzalarda yerləşdirilmiş görünməz displey, yaxınlığınızdakı yer və obyektlər haqqında informasiya verəcək. Səs köməkçisi sizə hava proqnozunu təqdim edəcək. Eyni zamanda "Uber" taksiləri sifariş etməyə və ekosistemin digər cihazlarını idarə etməyə yardımçı olacaq.

Aksessuarın minimal dəyəri 999 dollardır. Onun 2019-cu ildən satışa çıxarılacağı gözlənilir.