USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Simsiz qulaqcıqlardan imtina edin

05.11.2018 İqtisadiyyat
0 0
Ekspertlər, gəncləri simsiz qulaqcıqlardan imtinaya səsləyir.

"Kommersant.az"ın xəbərinə görə, "SoundGuys" saytının ekspertləri bildirib ki, "Bluetooth" qulaqcıqların bütün modelləri simli kabellərlə işləyir. Onların sözlərinə görə, simsiz qacetlər yolda mahnı dinləmək üçün o qədər də pis deyil. Çünki həmin vaxt ətrafdakı səslərə görə musiqiyə qulaq asan şəxs səsin keyfiyyətini o qədər də fərqləndirə bilmir. Onlar sadəcə olaraq səsin keyfiyyətinə görə ənənəvi qulaqcıqlarla rəqabət apara bilmir. Belə ki, simsiz qulaqcıqlar siqnalı sıxaraq səsin keyfiyyətini pozur.

Ekspertlər simsiz qulaqcıqlardan 24 yaşdan yuxarı şəxslərin istifadəsini məsləhət görür. Bu isə yaşla əlaqədar artan eşitmə itkisi ilə bağlıdır.