USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İnstagram istifadəçilərinə pis xəbər

11.11.2018 İqtisadiyyat
0 0
ABŞ-ın Pensilvaniya universitetinin psixoloqları qənaətə gəliblər ki, sosial şəbəkələrdə çox vaxt keçirmək tənhalıq hissini yüksəldir və depressiyaya səbəb olur.

"Kommersant.az"-ın məlumatına görə, psixoloqların işi "Journal of Social Clinical Psychology" jurnalında dərc olunub.

Öz araşdırmalarını mütəxəssislər "Facebook", "Instagram" və "Snapchat"-dan istifadə edən 143 tələbə arasında keçirib.

Araşdırma nəticəsində psixoloqlar müəyyən ediblər ki, tənhalıq və depressiya birbaşa sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır.

"Çox qəribədir ki, insan sosial şəbəkələrə nə qədər çox vaxt ayırsa, bir o qədər tənhalaşır. Buna səbəb kimi şüuraltı müqayisə göstərilir. İnsan digərlərinin həyatında baş verən hadisələrə baxanda, məsələn "Instagram"da, ona helə gəlir ki, hamı ondan daha yaxşı yaşayır", - deyə tədqiqatçılar qrupunun rəhbəri Melissa Q.Hann bildirib.

  • Əvvəlki

    Bu agentliyə 5 milyon manat ayrıldı

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0