USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Microsoft, Apple-dan "tacını" geri aldı

29.11.2018 İqtisadiyyat
0 0
ABŞ-ın texnologiya nəhəngi Microsoft, əzəli rəqibi Apple-ın bazar dəyərini 8 il aradan sonra aşaraq yenidən dünyanın ən qiymətli şirkəti olub.

"Kommersant.az" bildirir ki, Microsoft-un Nyu-York Birjasında ticarət olunan səhmləri, çərşənbə günü 3%-dən çox dəyər qazanaraq bir səhmi 110,99 dollara qədər yüksəlib. Şirkətin ümumi bazar dəyəri, səhmlərin bahalaşması ilə təxminən 850 milyard dollara çatıb.

Beləliklə, əzəli rəqibi Apple-ın 845 milyard dollarlıq bazar dəyərini 8 il sonra yenidən keçən Microsoft, dünyanın ən qiymətli şirkəti adını da geri alıb.

Apple-ın dünyanın ən dəyərli şirkəti mövqeyini itirməsinə, iPhone-lara tələbin azalması və ticarət müharibəsinin tələbə mənfi təsir göstərəcəyi narahatlıqları ilə səhmlərinin son dövrdə ucuzlaşması səbəb olub. Şirkətin səhmləri, son 3 ayda 20%-dən çox dəyər itirərək bir səhmi 171 dollara qədər geriləyib.

Marja