USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Çinin digər şəhərlərində də ticarət və şərab evləri açacaq

17.05.2018 İqtisadiyyat
0 0
Azərbaycanın Ukrayna və Latviyada ticarət evlərinin açılması ilə bağlı işlər artıq yekunlaşır.

Bunu "Kommersant.Az"a İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə, Çinin Şanxay şəhərindən başqa digər bölgələrində də ticarət və şərab evlərinin açılması nəzərdə tutulub: "Təkcə Şanxayla məhdudlaşmaq olmaz. Çin bazarı kifayət qədər böyük bazardır. Bu ölkənin müxtəlif bölgələri ilə işləməliyik. Bu tipli mexanizmlər Azərbaycanın Çinə qeyri-neft ixracının həcminin artmasında böyük rol oynayacaq".

R.Məmmədov həmçinin ilin sonuna qədər 12-13 ixrac missiyasının həyata keçiriləcəyini də deyib: "Bu missiyalar həm ənənəvi, həm də yeni bazarlara olacaq".

  • Əvvəlki

    Azərbaycanda hər bir bank üçün rəqəmsallaşma üzrə ayrıca fəaliyyət planı hazırlanıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0