USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artıb

12.07.2018 İqtisadiyyat
0 0
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artmış, neft sektorunda isə 0,2 faiz azalmışdır.

Bu barədə "Kommersant"a Dövlət Statistika Komitəsindən bildirilib.

Sənaye məhsulunun 72,0 faizi mədənçıxarma sektorunda, 23,4 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 0,9 faiz artmış, əmtəəlik qaz hasilatı isə 4,9 faiz azalmışdır.

Emal sektorunda avtomobil istehsalı 16,6 dəfə, tütün məmulatlarının istehsalı 3,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 84,1 faiz, həm hazır metal məmulatlarının, həm də toxuculuq sənayesi məhsullarının istehsalı 64,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,9 faiz, tikinti materiallarının istehsalı 34,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 15,0 faiz, geyim istehsalı 10,3 faiz, içkilərin istehsalı 5,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı 0,3 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 faiz, qida məhsullarının istehsalı 3,1 faiz, maşın və avadanlıqların istehsalı 6,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5 faiz artmışdır.

  • Əvvəlki

    6 ayda Gürcüstan turizmdən 1,4 milyard dollar gəlir əldə edib

Digər xəbərlər