USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalidə daşınmaz əmlak sığortalanmasına maraq artıb

21.12.2018 Bank
0 0
2018-ci ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 27 mln. 000,3 min manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi məlumata görə, bu, yanvar-oktyabr ayları ilə müqayisədə 1 mln. 701 min manat və ya 6,72% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 2 mln. 28,8 min manat və ya 8,12% artım müşahidə edilib. Sığorta ödənişlərinə gəlincə, bu ilin yanvar-noyabr aylarında bu göstərici 3 mln. 610 min manat olub ki, bu, yanvar-oktyabr ayları ilə müqayisədə 325,9 min manat və ya 9,92%, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 984,8 min manat və ya 37,5% çoxdur. Ümumilikdə, bu ilin 11 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 13,37%-ni təşkil edib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 270,3 min manat, ödənişləri 65 min manat təşkil edib. Yanvar-oktyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə yığımlar 8,42% artıb, ödəniş isə qeydə alınmayıb. Bir il əvvəl ilə müqayisədə isə bu göstərici müvafiq olaraq 1,17% az və 2,8 dəfə çoxdur.