USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 3 şirkət ARPA-ya qoşulub

02.07.2018 Bank
0 0
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) korporativ üzvlərinin sayı durmadan artır. Belə ki, korporativ üzvlər siyahısına daha 3 şirkət qoşulub.

"Kommersant" xəbər verir ki, "Qala Həyat" "Qala Sığorta" və "AzRe" təkrarsığorta şirkəti iyun ayından etibarən ARPA-nın rəsmi korporativ üzvləridir. Bununla da, APRA-nın korporativ üzvlərinin sayı 15-ə çatıb.

Qeyd edək ki, ARPA-nın "fərdi üzvlük", "korporativ" və "fəxri üzvlük" paketləri mövcuddur. Üzvlüklə bağlı paketlərlə tanış olmaq üçün (http://arpa.org.az/az/one-page/) qeyd olunan keçid linkindən istifadə edə bilərsiniz.

Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir. ARPA-nın hazırda 1000-dən çox fərdi, 15 korporativ üzvü var.