USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yalnız bu əmanətlər sığortlanacaq - TARİX

06.11.2018 Bank
0 0
5 ay sonra “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda əmanətlərin tam sığortalanması ilə bağlı nəzərdə tutulan müddət başa çatır.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov "Əmanətlərin tam sığortalanması haqqında" Qanunda əmanətlərin tam sığortalanması ilə bağlı nəzərdə tutulan müddətin başa çatacağı tarixlə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, 2016-cı il martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır:

"Bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq. Bu qanun 2016-cı ildə, neftin dünya bazar qiymətləri yüksək olmayan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımından vacib addım hesab edilir. Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortlanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qayatarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi əmanətlərin banklardan kütələvi çəkilməsi baş verə bilərdi.

Ekpsert qeyd edib ki, bu baxımdan, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün "Əmanətlərin tam sığortalanması haqqında" Qanuna dəyişiklik edilməsi məbləğindən asılı olmayaraq əmanətlərin tam sığortlanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur:

"Daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsaitlərini banklardan götürmə riski aradan qalxar".