USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankdan 15 milyon manat kredit götürən iş adamı həbs olundu - AZƏRBAYCANDA

09.01.2019 Problemli Banklar
0 0
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Kommersant.az" oxu.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə "Beynəlxalq Bank”ın nümayəndəsi mülki iddia qaldırıb. O, banka vurulan ziyanın 15 milyon manat olduğunu və bu pulun üç milyon manatının istintaq dövründə ödənildiyini qeyd edib.

Mülki iddia icraata götürülüb. Məhkəmə baxışı yanvarın 11-nə təyin edilib.

İttihama görə, iş adamı R. Allahverdiyev "Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin sonradan krediti qaytara bilməyib. Buna görə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

  • Əvvəlki

    Bakıda magistral kəmərdə qəza - Avtomobil yolunu su basdı

Digər xəbərlər

30.01.2024 Problemli Banklar
"AccessBank"ın bu aktivləri azalıb
0 0
29.01.2024 Problemli Banklar
Biznesmenlər “Qoç Bank”a - ÜZ ÇEVİRİB
0 0