USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Nikoil Bank" - 135 milyon manatdan çox zərərdə

14.01.2019 Problemli Banklar
0 0
"Nikoil Bank" 2018-ci ili 135 mln. 200 min manat zərərlə başa vurub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 132 mln.491 min manat çoxdur.

"Kommersant.az" xəbər vərir ki, bankın cəmi öhdəlikləri də 11 mln.-a yaxın azalaraq 351 mln. 367 min manat olub. Həmçinin bankın cəmi kapitalı 9 mln. 293 min manat azalaraq 65 mln 672 min manat olub.

Xalis faiz gəlirləri 5 mln. 634 min manat artaraq 52 mln. 628 min manat olub. Qeyri-faiz gəlirlərinin cəmi 4 mln. 623 min manat artaraq 7 mln. 689 min manat olub. Sözügedən bankın qeyri-faiz xərclərinin cəmi 1 mln. 805 min manat artaraq 23 mln. 362 min manat olub.

ELƏCƏDƏ BAX: "Bank Melli İran" hesabatını açıqladı - Faiz Gəlirləri Azalıb

"Nikoil Bank"ın cəmi aktivləri 20 mln. 290 min manat azalaraq 417 mln. 40 min manat olub.

BANKIN MƏCMU KAPITALI KƏSKIN AZALIB

Bankın məcmu kapitalı 28 mln.-a yaxın azalıb. Belə ki, ötən il 95 mln. 597 min manat məcmu kapitala sahib olan bank, 2018-ci ilin yekununda 67 mln. 895 min manat məcmu kapitala sahib olduğunu açıqladı.

  • Əvvəlki

    Azərbaycana üç manata ət gətirilir - AÇIQLAMA

Digər xəbərlər

30.01.2024 Problemli Banklar
"AccessBank"ın bu aktivləri azalıb
0 0
29.01.2024 Problemli Banklar
Biznesmenlər “Qoç Bank”a - ÜZ ÇEVİRİB
0 0