USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Turan Bank"ın məcmu kapitalı azaldı - HESABAT

17.01.2019 Problemli Banklar
1 0
“Turan Bank”2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən, bankın cəmi aktivləri, cəmi öhdəlikləri, məcmu kapitalı və məcmu kapitalın adekvatlıq əmsalı azalıb.

“Kommersant.az” “Turan Bank”ın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 2018-ci ilin 4-cü rübünə 2 mln.448 min manat azalıb. 2018 –ci ilin 1-ci rübü ilə müqayisədə azalan cəmi aktivlər ilin sonuna 492 mln. 606 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri də azalıb. Belə ki, bankın cəmi öhdəlikləri 2 mln. 641 min manat azalaraq 433 mln. 473 min manat olub.

CƏMİ KAPİTALI CUZİ ARTIB

“Turan Bank”ın ilin sonuna olan cəmi kapitalı ilin 1-ci rübü ilə müqayisədə 193 min manat artaraq 59 mln. 133 min manat olub. Həmçinin bank, ötən il 216 min manatlıq zərər açıqlasa da 2018 –ci ili 70 min manatlıq mənfəətlə başa vurub.

KREDİT PORTFELİ ARTIB

Bankın 2018-ci ilin 1-ci rübünə olan 28 mln. 590 min manatlıq kredit portfeli 2018-ci ilin sonunda 40 mln. 844 min manatlıq artımla 324 mln. 434 min manata bərabər olub.

MƏCMU KAPİTALI AZALIB

Bankın məcmu kapitalında 5 mln. 64 min manatlıq azalma olub. Belə ki, 2018-ci ilin 1-ci rübündə 69 mln. 226 min manatlıq məcmu kapitala sahib olan bank ilin sonunda 64 mln. 162 min manatlıq məcmu kapital açıqlayıb. Bundan başqa məcmu kapitalın adekvatlıq əmsalında da azalma olub. Belə ki, ilin əvvəlində 17,7% açıqlana əmsal ilin sonunda 15,8% olaraq açıqlanıb.

  • Əvvəlki

    Sabahın hava proqnozu - YOLLAR BUZ BAĞLAYACAQ

Digər xəbərlər

30.01.2024 Problemli Banklar
"AccessBank"ın bu aktivləri azalıb
0 0
29.01.2024 Problemli Banklar
Biznesmenlər “Qoç Bank”a - ÜZ ÇEVİRİB
0 0