USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Turan Bank"a silahlı hücum edən şəxslə bağlı - QƏRAR VERİLDİ

14.09.2018 Problemli Banklar
1 0
"Turan Bank"a basqın etməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Nazim Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Kommersant.az" xəbər verir ki, “Turan Bank” ASC-nin Yasamal filialına bu il yanvar ayının 18-də saat 13 radələrində hücum baş verib. Belə ki, filiala hücum edən Nazim Məmmədov adlı şəxs qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağını boğaz nahiyəsinə dirəyib.

Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin vaxt kassada ümumilikdə 198 min 345 manat olub.

Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu gün Nazim Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

  • Əvvəlki

    Rubl bahalaşmağa başladı - SON QİYMƏT

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0