USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nikoil Bank”ın 10 filialı bağlanıb - 46 MİLYON MANAT ZƏRƏRDƏ

19.09.2018 Problemli Banklar
0 1
"Nikoil Bank"ın 3 ildir ki, zərərləri artmaqda davam edir.

"Kommersant.az” xəbər verir ki, “Nikoil Bank” devalvasiya proseslərindən sonra 3 ildir ki, mənfəət əldə edə bilmir.

Son 3 ildə bankın zərər “şousu”...

“Nikoil Bank”ın devalvasiyadan sonrakı maliyyə hesabatına əsasən, bank, 2016-ci ilin sonunu 148 milyon 538 min manat zərərlə başa çatdırıb. 2017-ci ilin sonuna isə, bank zərərini kəskin azaldaraq 2 milyon 708 min manat etmişdi. Lakin, “Nikoil Bank”ın 2018-ci ilin yarısına olan zərəri 45 milyon 860 min manata çatıb.

Bankın son illərdə fəaliyyəti hansı işlərdən ibarət olub?

“Nikoil Bank” devalvasiya proseslərinin təsirindən sonra zərərlə işləməyə başlayıb. Bu zərərlər nəticəsində filiallarının sayı 2 dəfə azalıb. Bank, 2016-ci ildə 20 filial ilə fəaliyyət göstərirdisə, bu rəqəm cari ilin yarımillik yekununda 10-a (10 filial bağlanıb) bərabər olub. Bunun nəticəsində bankın işçi heyəti də kəskin azalıb.

“Nikoil Bank” problemli kreditlərdən əziyyət çəkən banklar arasındadır. Belə ki, son 3 ildə bankın kredit portfeli 15% azaldıb.

Qeyd edək ki, “Nikoil Bank”ın səhmdarları sırasında yerli şirkətlər (TOPAZ Investments, ISR Holding) və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi "LUKOIL"-ın rəhbəri Vahid Ələkbərovdur.

  • Əvvəlki

    "Azər Türk Bank" ilə "Ziraat Bank Azərbaycan" üz-üzə - NƏTİCƏ, QALİB

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0