“Günay Bank” nağd pul kreditinin verilməsini hələ də bərpa etməyib və bank hazırda sadəcə ipoteka krediti ilə məşğuldur.
“Kommersant.az”a “Günay Bank”dan verilən məlumata əsasən, bank 2 ildən çoxdur ki nağd pul kreditinin verilməsini dayandırıb. Hazırda isə bank sadəcə ipoteka kreditinin verilməsi ilə məşğuldur.
Bankdan verilən məlumatda o da qeyd olunub ki, istehlak kreditinin verilməsi gələn il üçün planlaşdırılır.