USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Günay Bank"a olan güvən günbəgün azalır - HESABAT

11.10.2018 Problemli Banklar
1 0
"Günay Bank" haqqında yazılan məlumatlar bankın imicinə və kassasına ciddi zərər vurub. Bankın İdarə Heyətinin keçmiş üzvü Emin Zeynalov barədə xəbərlərin mətbuatda yayılması fiziki və hüquqi şəxslərin gözündən qaçmayıb. Belə ki, insanların banka güvəni gün keçdikcə azalır və bu da özünü bankın kassasında biruzə verir. Necə deyərlər, "Günay Bank"da gün batsa da ay çıxmır...

“Kommersant.az” “Günay Bank”ın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bankın cari ilin sentyabrın 1-də cəmi aktivləri 173 milyon 761 min manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 305 min manat azdır.

“Günay Bank”ın müştərilərə verdiyi cəmi kreditlər isə 4 milyon manatdan çox və ya təxminən 3% azalaraq 135 milyon 419 min manata düşüb. Halbuki, sentyabr ayının sonuna olan kredit göstəricilərini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə 4 milyon 32 min manat artım müşahidə olunur.

Şirkətlər “Günay Bank”dan üz çevirib

Belə ki, cari ilin 9 ayında “Günay Bank”da depozitlər 16 milyon 231 min manat azalaraq 69 milyon 830 min manata düşüb. Ötən ilin müvafiq dövründə isə bankda olan depozitlərin həcmi 58 milyon 859 min manat olub.

Hüquqi şəxslərin (şirkətlərin) tələbli depozitləri isə 31 milyon 643 min manat azalaraq 49 milyon 424 min manatdan 17 milyon 781 min manata, fiziki şəxslərin tələbli depozitləri isə 6 milyon 100 min manat azalaraq 9 milyon 16 min manatdan 2 milyon 916 min manata düşüb. O cümlədən, hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitləri 24 milyon 330 min manatdan 1 milyon 861 min manata, fiziki şəxslərin xarici valyutadakı tələbli depozitləri isə 5 milyon 354 min manatdan 1 milyon 860 min manata geriləyib.

Bankın məcmu kapitalı sentyabr ayının 1-ə qədər 61 milyon 838 min manat təşkil edib.

“Günay Bank”ın hesabatlarının bu il ərzində azalması da təsadüfi deyil. Yəni, bankın hesabatı ötən ilin müvafiq dövrü ilə müqayisədə çox olsa da, bu ilin əvvəli ilə müqayisədə xeyli geriləyib. Buna səbəb isə, böyük ehtimalla, “Günay Bank”ın İdarə Heyəti sədrinin keçmiş müavininin bankın pullarını mənimsəməsi ilə bağlı yayılan xəbərlərin olmasıdır.

  • Əvvəlki

    Meyvə ixracı azalıb - RƏQƏMLƏR

Digər xəbərlər

30.01.2024 Problemli Banklar
"AccessBank"ın bu aktivləri azalıb
0 0
29.01.2024 Problemli Banklar
Biznesmenlər “Qoç Bank”a - ÜZ ÇEVİRİB
0 0