USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yapı Kredi Bank"ın məcmu kapitalı 30%-ə yaxın artıb - HESABAT

30.10.2018 Sərfəli Banklar
0 0
“Yapı Kredi Bank (Azərbaycan)” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqlayıb. Bankın cəmi aktivləri, depozitləri və məcmu kapitalı artıb.

“Kommersant.az” bankın üçüncü rübün sonuna olan hesabatına istinadən xəbər verir ki, “Yapı Kredi Bank”ın xalis faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıb və xalis mənfəəti 2,7 milyon manata çatıb.

CƏMİ AKTİVLƏRİ ARTIB

Bank, ilin əvvəli ilə müqayisədə üçüncü rübün sonunda 18% daha artıq kredit verib. Bankın cəmi aktivləri də artım göstərib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin üçüncü rübündə cəmi aktivlər 24%-lıq artım göstərərək 500 milyon manatı ötüb. Bankın ötən rüblərdə olduğu kimi, bu rübdə də digər maliyyə qurumları, o cümlədən, Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında maliyyə öhdəliyinin olmadığı görünür.

DEPOZİTLƏRİ ARTIB

Bankın cəmi depozitləri ötən ilin eyni dövrü ilə müqayisədə 32% artaraq 397milyon manata, o cümlədən, fiziki şəxslərin tələbli depozitləri eyni dövrlə müqayisədə 18% artaraq 48,9milyon manata, hüquqi şəxslərin tələbli depozitləri 39% artaraq 248,7milyon manata, fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 22% artaraq 99,5 milyon manata çatıb. Bu rəqəmlərin hər ötən dövrlə müqayisədə artması, müştərilər tərəfindən banka olan güvənin nəticəsi kimi qiymətləndirilir.

KAPİTALI ARTIB

“Yapı Kredi Bank (Azərbaycan)” məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 67,894 milyon manata çatıb.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Bankın ana səhmdarı “UniCredit (İtalya)”“Koç Holding (Türkiyə)”dir.