USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük Komitəsinin sədri “Samur” gömrük postundakı mövcud vəziyyətlə tanış olub

02.06.2018 İqtisadiyyat
0 0
İyunun 2-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundakı mövcud vəziyyətlə tanış olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Kommersant.Az"-a bildirilib ki, DGK sədri Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra komitə sədri Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının daşınmasının vəziyyəti ilə maraqlanıb və həmin yükləri daşıyan nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində yarana biləcək problemlərin aradan qaldırılmasına, dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

  • Əvvəlki

    Paytaxtda tikinti materiallarının istehsalı 9,9 faiz artıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0