USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xəmir mayası satışını 3 dəfə artırıb

28.06.2018 İqtisadiyyat
0 0
Preslənmiş xəmir mayası istehsalçısı “Azər-Maya” ASC 2017-ci ili 31 min 365 manat xalis mənfəətlə başa vurub. Şirkət 2016-cı ildə 18 min 864 manat, 2015-ci ildə isə 22 min 971 min manat xalis mənfəət əldə etmişdi.

"Kommersant" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il ASC-nin satışdan gəlirləri 62% artaraq 1 milyon 738 min 865 manata yüksəlib. ASC satışdan 2016-cı ildə 1 milyon 71 min manat, 2015-ci ildə isə 541 min manat gəlir əldə etmişdi. Son 2 ildə "Azər-Maya"nın satışdan gəlirləri 3 dəfə artıb. Gəlirlər 3 dəfə artsa da şirkətin xalis mənfəəti 36% artıb.

Ötən il satışdan gəlirlərin 81%-ni və ya 1 milyon 410 min manatını satışın maya dəyəri təşkil edib. İnzibati və digər xərclər çıxıldıqdan sonra 39 min 206 manat əməliyyat mənfəəti qalıb. Bu mənfəətdən 7 min 841 manat mənfəət vergisi ödənilib.

31 Dekabr 2017-ci il tarixində "Azər-Maya" ASC 3 milyon 844 min manat cəmi aktivlərə, 3 milyon 320 min manat cəmi öhdəliklərə və 523 min manat cəmi kapitala malik olub.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər – Maya" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "Azər-Maya" ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

  • Əvvəlki

    Vətəndaş üçün “ASAN Xidmət”, biznes üçün “KOB evləri”

Digər xəbərlər