USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkə banklarının vəziyyəti açıqlandı - RƏSMİ İCMAL

19.09.2018 İqtisadiyyat
0 0
2018-ci ilin avqust ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "Kommersant.az"a daxil olan məlumata görə, 31 avqust 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,127.1 milyon manat, kredit portfeli 11,905.5 milyon manat, cəmi öhdəlikləri isə 24,077.5 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4,049.6 milyon manat olub. 2018-ci ilin avqust ayı ərzində bank sektorunun aktivləri 0.7% (196.4 milyon manat), öhdəlikləri 0.3% (79.2 milyon manat), balans kapitalı isə 3% (117.2 milyon. manat) artıb. Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2% (135.9 milyon manat) artıb.Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5% (567.9 milyon manat) artım olub.

Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri avqust ayı ərzində 0.2% (13.8 milyon manat) artıb. Ümumilikdə isə cari ilin avqust ayında fiziki şəxslərin əmanətləri 0.4% (28.6 milyon manat) azalaraq 7,939.9 milyon manat təşkil edib.

Bank sektoru cari ilin 8 ayı ərzində 441 milyon manat əməliyyat mənfəəti, 103.8 milyon manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2468 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti avqust ayı ərzində 0.4% (61 nəfər) artaraq 16 min 936 nəfər təşkil edib. Ümumilikdə isə ilin əvvəlindən sektorda çalışanların sayı 4.7% (765 nəfər) artıb.

31avqust 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

  • Əvvəlki

    Ən ucuz ofisi hansı plazada tutmaq olar? - QİYMƏTLƏR, SİYAHI

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0