USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fondun gəlirləri 16,07% artıb - HESABAT

15.10.2018 İqtisadiyyat
0 0
Qeyri-büdcə sektoruna aid daxilolmalarda artım 9 faizə yaxın olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidan "Kommersant.az"a daxil olan məlumata görə, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində artım qeydə alınıb. Belə ki, 2018-ci ilin 9 ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07% (və ya 406,84 milyon manat) artaraq 2938.01 milyon
manata çatıb.

Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33% (və ya 154,99 milyon manat) artım özünü göstərib. Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması istiqamətində görülən tədbirlər də müsbət nəticəsini verir. Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində həmin sektora aid daxilolmalar üzrə 9%-ə yaxın (87,81 milyon manat) artım qeydə alınıb.

Beləliklə, qeyri-büdcə sektoru üzrə daxilolmalara dair proqnoz 103,3% yerinə yetirilib.

  • Əvvəlki

    8101 nəfər Azərbaycandan qovuldu - SƏBƏB

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0