USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

09.05.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,03 milyard manat köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.

"Kommersant.Az"ın DGK-nin hesabatına istinadən verdiyi məlumata görə, aprel ayında gömrük daxilolmaları 300,59 milyon manat təşkil edib. Ötən ay gömrük rüsumlarından daxilolmalar 71,14 milyon manat, ƏDV – 211,53 milyon manat, aksiz daxilolmaları – 15,01 milyon manat, yol vergisindən daxilolmalar – 2,91 milyon manata bərabər olub.

2017-ci ilin aprel ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 25,6 faiz, ƏDV – 76,2 faiz, aksiz daxilolmaları – 94,5 faiz, yol vergisindən daxilolmalar – 11,8 faiz artıb.

Qeyd edək ki, 2018-ci il üçün Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir.

  • Əvvəlki

    “Bank Avrasiya” əmək haqqı fondun artırıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0