USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirliyin adından yayılan mesajlara - RƏSMİ MÜNASİBƏT

04.12.2018 İqtisadiyyat
0 0
1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat məbləğində mənfəət əldə etmək hüququna malikdirlər. Adınızın bu müavinət almaq hüququ olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın.

Dünən günorta saatlarından etibarən sosial şəbəkələrdə yayılan bu mesaj hər kəsi narahat edib. İnsanlar onlara gələn ismarıcın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən göndərildiyini düşünür. Göndərilən mesajlar insanlar arasında geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov açıqlama verib.

O bildirib ki, nazirliyin adından istifadə edərək dələduzluq edilir:

"Biz bu məsələ ilə bağlı ciddi şəkildə araşdırmalara başlamışıq. Bununla bağlı nazirlik bu işdə əli olan şəxslərə xəbərdarlıq edəcək. Əgər xəbərdarlıqdan sonra da nəticə əldə edilməzsə, qanun çərçivəsində hüquq-mühafizə orqanlarına müraciət olunacaq və həmin şəxslər törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər".

Oxu