USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident nazirliklə bağlı fərman verdi

15.01.2019 İqtisadiyyat
0 0
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Kommersant.az"-ın məlumatına görə, fərmana əsasən, 6-cı bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilib. Başqa sözlə, "Güzəştli mənzil" sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Mənzil İnşaatı Dövlət Agentliyi və MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə köməklik göstərilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bununla da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub. Sənədə əlavə edilən 8.3 bəndə görə, bu fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş qaydaya uyğun olaraq edilən müraciətlərin cavablandırılması, o cümlədən yaranan çətinliklərlə bağlı müraciətlər və onların aradan qaldırılması "ASAN xidmət" mərkəzləri vasitəsilə də həyata keçiriləcək.

  • Əvvəlki

    İlham Əliyev Arif Alışanovu işdən çıxardı - SƏRƏNCAM

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0