USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“1055 nəfərə verilən əsassız əlillik ləğv edilib” - NAZİR

18.01.2019 İqtisadiyyat
0 0
"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək”.

"Kommersant.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

Nazir diqqətə çatdırıb ki, Prezidentin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən 3 dəfə çox - 626 mənzil bu kateqoriyalardan olanlara təqdim olunub. Bu il ən azı 800 mənzil həmin şəxslərin istifadəsinə veriləcək. Dövlət başçımızın mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur. Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3,1 min nəfərinin 4,2 min vərəsəsi bu ödənişi alıb və proses 2019-cu ildə yekunlaşacaq.

S.Babayev deyib ki, keçən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub ki, həmin şəxslərdən artıq 5300 nəfərinə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər (mal və materiallar) verilib.

Ötən il əmək müqavilələrinin sayının 91,3 min artdığını qeyd edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq kölgə iqtisadiyyatının aradan qaldırılması tədbirlərinin gücləndirilməsi, o cümlədən qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər bu il daha da genişlənəcək.

Nazir 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərdə - pensiya və müavinətlərdə, Prezidentin təqaüdlərində növbəti dəfə artımların olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, cari ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. Pensiya hüququ yarananların 70 faizinə elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə aid şəxslərin (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin yaradılması bu il təmin edilməldir.

Artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparıldığını bildirən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturu yaradılacaq.

Nazir vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün bu ilin başlıca fəaliyyət məramı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və "DOST" mərkəzlərinin işə salınmasıdır. Prezidentin 2018-ci il 9 avqust və 2018-ci il 10 dekabr tarixli fərmanları ilə DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşıb və yaxın aylarda ilk "DOST" mərkəzi istifadəyə veriləcək. Bu il ərzində paytaxtda 3 belə mərkəzin yaradılması nəzərdə tutulur.

S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O, 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək, onların dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunduğunu deyib. Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və "DOST" mərkəzlərinin yaradılması, "İşsizin dostu" proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

  • Əvvəlki

    Neft birjalarında qəfil dəyişiklik

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0