USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda üç futbol komandası ləğv olundu

19.01.2019 İqtisadiyyat
0 0
AFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib.

Ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.

AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:

"Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb".

Qeyd edək ki, əvvəl U-16 millimizi Azər Məmmədov, U-18-i Zaur Həşimov və U-20 yığmamızı Rəşad Sadıqov çalışdırıb. Bu üç milli komanda özündən bir üst yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı.

  • Əvvəlki

    Ramil Usubov Binəqədi polisinə yeni rəis təyin etdi

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0