USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yanvarda 10 minə yaxın yeni vergi ödəyicisi qeydiyyata alınıb

14.02.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9 829 (1 122 hüquqi şəxs, 8 707 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1% çoxdur.

Bu barədə Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən məlumat verilib.

Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 48,9%-i regionların payına düşüb. Bununla da 1 fevral 2019-cu il tarixinə vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin ümumi sayı 979 330-a çatıb.

Ay ərzində 1 083 kommersiya hüquqi şəxsin 63,7%-i, 8 707 fiziki şəxsin isə 3,3%-i qeydiyyatdan elektron qaydada keçib. 2019-cu ilin ilk ayında qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 332 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

Qeydiyyatdan keçmiş NKA-ların sayı 2 293, POS-terminalların sayı isə 890 olub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 82,7% və 26,8% çoxdur.

  • Əvvəlki

    “Nikoylbank”ın vəzifəli şəxsləri həbs olunub - AÇIQLAMA

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0