USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın ən varlı rayonları - RƏSMİ, SİYAHI

16.02.2019 İqtisadiyyat
0 0
Hazırda ölkə banklarındakı əmanətlərin həcmi 8 milyard 375 milyon manatdır.

"Kommersant.az" xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 707 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur, başqa sözlə, bütün varlılar paytaxta toplanıb. Halbuki, ölkə əhalisi 10 milyona çatır və rəsmən onların 2 milyon 262 min nəfərinin Bakıda yaşadığı bildirilir.

Belə çıxır ki, rayonların qeydiyyatında olan 7 milyon nəfərdən çox əhalisinin ehtiyat kimi banklarda cəmi 668 milyon manat pulu var?!

Göründüyü kimi, rəqəmlərin arasındakı nisbət çox böyükdür və paytaxt ilə ölkənin on iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

Statistikaya baxsaq, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu birincidir. Burada yaşayan 568 min nəfərin banklarda 192 milyon 700 min manat pulu var, başqa sözlə, adambaşına 339 manatdan bir az çox əmanətə sahibdirlər.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan 1 milyon 274 min nəfər 162 milyon 151 min (adambaşına 127 manat), Aran iqtisadi rayonunda yaşayan 2 milyon nəfər isə 112 milyon 778 min manat (adambaşına 56 manat) bank əmanətinə sahibdir.

Quba-Xaçmazda yaşayan 544 min nəfərin isə bankda cəmi 53 milyon 153 min manat pulu var. Lənkəranın 927 min nəfər əhalisi banklara 46 milyon 149 min manat pul qoyub.

Şəki-Zaqatalada yaşayan 616 min nəfər isə 36 milyon 618 min manat pulunu banklara etibar edib. Naxçıvanın 453 min sakini banklara 37 milyon 116 min manat (adambaşına 81 manat) yerləşdirib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 3 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6,7% təşkil edir. 5 milyard manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,8 faizdir.

Təbii ki, əhalidə olan vəsaitin böyük bir hissəsi "yastıqaltı pullar"dır və nəzərə almaq lazımdır ki, regionlarda yaşayan əhali xüsusilə bank xidmətlərindən daha az istifadə edir.

Oxu.az

  • Əvvəlki

    İnternet reklamlarına vergi qoyulur

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0