USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əlillik pensiyası almaq istəyənlərin diqqətinə - QAYDALAR DƏYİŞDİ

16.02.2019 İqtisadiyyat
0 0
Əlilliyin müəyyən olunması meyarlarının dəyişdirilməsi ilə bağlı sənəd artıq hazırdır və yaxın günlərdə müvafiq qurumlara təqdim olunacaq.

"Kommersant.az" xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müsahibəsində bu barədə açıqlama verib. Nazir dəyişikliklərin təfərrüatlarını da açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanda əlilliyin təyin olunması yeni meyarlarla aparılacaq. Bu meyarlar qabaqcıl təcrübələrə və beynəlxalq standartlara əsaslanaraq hazırlanıb. Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan sənəd Səhiyyə Nazirliyinə göndərilmişdi. Müvafiq əlavə və təkmilləşdirmədən sonta artıq sənəd hazırdır.

Nazir Sahil Babayev deyir ki, yeni meyarlara əsasən birinci, ikinci və üçüncü qruplara görə əlilliyin təsnifatlandırılması nəzərdə tutulmur. Burada xəstəliklərin insanın özünə qulluğu məhdudlaşdırması faizi əsas götürüləcək. Bu, beynəlxalq təcrübədə mövcud olan daha ədalətli sistemdir.

Yeni meyarların qəbul olunması böyük qanun dəyişiklikləri tələb edən geniş bir paketdir. Bundan əlavə mövcud təqaüd və müavinətlərin indeksasıyası da həmin sənədlə uyğunlaşdırılmalıdır. Həmçinin bir sıra instisional işlər də görülməlidir ki, artıq buna başlanılıb.

Nazir deyir ki, bu sahədə şəffaflığın və ədalətliliyin təmin olunması üçün atılan addımlar müsbət nəticələrini verir.

Nazirin sözlərinə görə, əsas məqsəd əhalinin sosial cəhətdən həssas olan bu qrupuna dövlət xidmətlərini daha effektiv təqdim etməkdir.

  • Əvvəlki

    Türkiyə qaz hasilatını 2 dəfə artıracaq

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0