USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib

04.07.2018 İqtisadiyyat
0 0
Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən "Kommersant"a verilən məlumata görə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində bu ilin yanvar-iyun aylarında işəgötürənlər tərəfindən 82,8 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Həmin vəsaitin 85,7 faizini əmək haqları, 13 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Müraciətlərin arasdırılması zamanı 4 nəfər vətəndaşın əmək qanunvericiliyinin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunub. Həmin şəxslərin hüquqları bərpa olunaraq, onlar yenidən əvvəkli iş yerlərinə bərpa ediliblər.

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə məqsədilə 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, yanvar-iyun aylarında Bakıda və bölgələrdə işəgötürənlərin iştirakı ilə 30 seminar təşkil edib.

Bu tədbirlər zamanı qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əməyin ödənilməsi və əməyin mühafizəsi normaları, əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, işçilərin məzuniyyət hüquqları və s. ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması təmin edilib.

  • Əvvəlki

    40-dan çox ölkə ABŞ-a qarşı birləşib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0