USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Özəl pensiya fondlarının yaradılması üçün özəl sektordan təkliflər gözləyirik"

11.07.2018 İqtisadiyyat
0 0
"Azərbaycanda özəl pensiya fondlarının yaradılması bizim gündəliyimizdə olan məsələdir".

"Kommersant" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün heç bir məhdudiyyətlər yoxdur: "Düşünürəm ki, bu məsələ kompleks məsələdir. Bu qısamüddətli araşdırma ilə aparılan məsələ deyil. Bu məsələnin araşdırılması uzun müddət tələb edir".

Nazir deyib ki, Azərbaycan özəl pensiya fondunun inkişafında maraqlıdır: "Bu, Azərbaycanda özəl sektorun inkişafına dəstək olacaq. Bu gün Azərbaycanda həyat sığortası mövcuddur ki, bu da özəl pensiya fondlarının alternatividir".

Nazir qeyd edib ki, ölkədə özəl pensiya fondlarının yaradılması üçün nazirlik özəl sektordan təkliflər gözləyir.

  • Əvvəlki

    42 dərəcə isti olacağı gözlənilir - Sabaha olan hava proqnozu

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0