USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FHN Yevlaxda və Ağsuda baş verən yanğınlarla bağlı məlumat yayıb

12.07.2018 İqtisadiyyat
0 0
Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 12-də Yevlax və Ağsu rayonlarında baş verən yanğınlarla bağlı məlumat yayıb.

FHN-dən "Kommersant"-a bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonunun Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qüvvələri və texnikası cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının yaxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb (150-200 metr məsafədə). Alov 18:18-də yanğısöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində 79 hektar biçilmiş taxıl sahəsi və 1 hektar kol-kos yanıb. Yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik hava xətləri, meşə zolağı, ferma və ətraf ərazilər yanğından mühafizə olunub.
Saat 14:30 radələrində Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal yanğının söndürülməsi işlərinə cəlb edilib.
Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da FHN DYMX-nin canlı qüvvə və texnikası, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Be-200 ÇS" amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
Həyata keçirilmiş operativ tədbirlər nəticəsində bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb. Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının söndürülməsi işlərinə Ağsu Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilib.

  • Əvvəlki

    Azərbaycanda elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0