USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillər bahalaşacaq - EKSPERT

03.08.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalanıb.

"Kommersant.az" xəbər verir ki, yeni qərara əsasən, fiziki şəxslər tərəfindən alınan avtomobillərin qeydiyyata alınması üçün rüsumlar artırılıb. Bundan sonra mühərrikinin həcmi 2 min kubsantimetrədək olan avtomobillər üçün 100 manat, mühərrikinin həcmi 3 min kubsantimetrədəkarası olan avtomobillər üçün 100 manat + mühərrikin həcminin 2000-dən yuxarı olan hər kubsantimetrə görə 10 qəpik, mühərrikinin həcmi 4000 kubsantimetrədək olan avtomobillər üçün 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 qəpik, mühərrikinin həcmi 5 min kubsantimetrədəkarası olan avtomobillər üçün 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 30 qəpik rüsum ödəniləcək.

Mühərrik həmci 5 min kubsantimetrdən yuxarı olan avtomobillərin qeydiyyatına görə isə 1500 manat rüsum ödənilməlidir. Qeyd edək ki, qərar iyulun 31-dən qüvvəyə minib.

"Yeni rüsumlara texniki pasport, dövlət nömrə nişanı və s. xərclər daxil deyil".

Bunu "Kommersant.az"a açıqlamasında hüquqşünas Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, hər hansı avtomobilin nömrəsini dəyişsəniz, yaxud da kiminsə adına keçirsəniz, alq-satqı zamanı müəyyən əməliyyatlar etsəniz, rüsumlarla bərabər texniki pasport xərclərini də ödəməli olacaqsınız:

"Avtomobillərin, o cümlədən, mobil cihazların qeydiyyatı ilə bağlı məsələlər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşir. Qanuna görə, avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və qeydiyyatı ilə bağlı dövlət rüsumunun məbləği hər il Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Dövlət rüsumu haqında qanunun 18-ci maddəsinin 65-ci bəndinə görə, iyulun 31-nə kimi avtomobillərin qeydiyyata alınması üçün rüsum 10 manat idi. 31 iyulda qəbul edilmiş yeni qərara əsasən isə avtomobilin istehsal ili və mühərrikin həcminə görə onları təsərrüfata bölüblər. Ümumi götürdükdə, mühərrikin həcmi 1500 kubsantimetrədək olan avtomobillər üçün 75 manat, maksimum isə 1500 manata qədər rüsum ödəniləcək".

Ekspert bildirib ki, avtomobillərin qeydiyyat qiymətinin qalxması avtomatik olaraq avtomobillərin qiymətinin artmasına səbəb olacaq, maşın bazarında əməliyyatların sayı azalacaq:

"Kifayət qədər ciddi rüsumlar yığılır. Belə olan halda insanlar avtomobili daha çox etibarnamə ilə idarə etməyə çalışacaqlar. Avtomobillərin qeydiyyata alınması üçün rüsumlarla bağlı nəzərdə tutulan işlərlə Asan Xidmət məşğul olsa daha yaxşı olardı".