USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropaya 5 milyard dollarlıq məhsul ixrac etmişik - HESABAT

18.08.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə 5 milyard 489 milyon 727 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 2 milyard 650 milyon 325 min dollar çoxdur.

Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 338 milyon 295 min dollardır.