USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcarə haqqını internetlə ödəmək mümkün oldu - ÖLKƏDƏ BİR İLK

13.09.2018 İqtisadiyyat
0 0
Dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək məqsədilə banklara getməyə ehtiyac yoxdur. Bunun üçün internetə çıxışın olması kifayətdir. Belə ki, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər.

"Kommersant.az"a Komitədən verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan "Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi" elektron xidmətindən gedir. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.

Bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Qeyd edilməlidir ki, müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.

Adı çəkilən elektron xidmətdən istifadə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq lazımdır. Mövcud xidmətlər siyahısından 37-ci bölmədə yerləşən "Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi" elektron xidməti seçilir. Açılan yeni pəncərədən göstərilən 3 rekvizitdən biri o cümlədən sənəd nömrəsi, qeydiyyat nömrəsi və ya dövlət əmlakının icarəyə verilməsi zamanı istifadəçi ilə bağlanılmış müqavilə üzrə ona təqdim edilmiş "İcarəçinin kodu" elektron müraciət formasına daxil edilir. Dövlət əmlakı ilə bağlı icarə borcunu öyrənən istifadəçi ödə düyməsini sıxaraq ödənişi onlayn qaydada həyata keçirir. İstifadəçi "İstifadə təlimatı" və ya "Reqlament" faylını yükləyərək elektron xidmətdən istifadə qaydaları ilə tanış ola bilər.

Bundan başqa 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını da öyrənə bilərlər.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların dövlət rüsumları, xidmət haqları eləcə də əmlakla bağlı digər ödənişləri rahat üsullarla həyata keçirməsi üçün müasir və sürətli idarəetməni təmin edir. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində bu sahə tam elektronlaşdırılır.

  • Əvvəlki

    Rubl bahalaşmağa başladı - SON QİYMƏT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0