USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ketchi" məhsullarının satışı dayandırılır - XƏBƏRDARLIQ

13.09.2018 İqtisadiyyat
0 0
İstehsalçı şirkətə həmin məhsulun dərhal ticarət şəbəkələrindən yığışdırılması ilə bağlı xəbərdarlıq edildi.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Kommersant.az"a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində "BMS Aqro" MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində "Ketchi" əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri" və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "BMS Aqro" MMC-yə "Ketchi" əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri" və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən və insan sağlamlığına ciddi təsir göstərə biləcək bu cür məhsulların istehsalı və satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

  • Əvvəlki

    Qadınlar kişiləri geridə qoydu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0