USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi borcunu öyrənmək üçün - SADƏ ÜSULLAR

11.05.2018 İqtisadiyyat
0 0
Vergi borcu barədə məlumatı tez bir zamanda necə əldə etmək mümkündür? Yəqinki bu sualla bir çoxları rastlaşıb. Odur ki, "Kommersant.Az" vergi borcunun öyrənilməsi qaydalarını təqdim edir.

1-ci üsul: Birbaşa internet saytdan

http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler&file=out&pid=79 ünvanından, VÖEN-nizi daxil edib vergi borcunuzu öyrənin.

2-ci üsul: Çağrı Mərkəzinə zəng etməklə

195 Çağrı Mərkəzinə zəng etdikdən sonra "1" düyməsini seçməklə Vergilər Nazirliyinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq "#" düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.

3-cü üsul: İnternet vergi idarəsinə daxil olmaqla

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin (https://login.e-taxes.gov.az/login/) "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsinə daxil olur. Burada "Şəxsi Hesab Vərəqəsi" bölməsinə daxil olaraq "Məlumat axtar" alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.

4-cü üsul: SMS vasitəsilə

Vergilər Nazirliyinin təqdim etdiyi "İkitərəfli SMS xidməti" xidmətinə qoşulmaqla (http://www.taxes.gov.az/195sms) vergi öhdəlikləri barədə 21 istiqamətdə, SMS sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat almaq mümkündür. Xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541*121756#yes) yığaraq qeydiyyatdan keçmək lazımdır.

Əgər abunəçisizsə: Qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər.

Əgər abunəçi deyilsinizsə: Qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq olar: "1" - dövlət büdcəsinə vergi borcu barədə; "2" - təqdim olunmalı bəyannamələr barədə; "3" - fəaliyyətin aktivliyi və ya dayandırılması barədə; "4" - e-qutudakı yeni və ya oxunmuş məktublar barədə və "5" - qeydiyyata alınmış təsərrüfat subyektləri barədə.

  • Əvvəlki

    Aramsız yağışlar ot biznesinə mənfi təsir göstərir

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0